"Real Madrid" Arda Gülərlə bağlı paylaşım edib

"Real Madrid" klubu Türkiyənin Avropa Çempionatında Gürcüstanla keçirəcəyi oyun öncəsi Arda Gülərə uğurlar arzulayıb.

Sportline.az xəbər verir ki, İspaniya təmsilçisi İnstagram hesabından etdiyi paylaşımda "Türkiyəli milli oyunçumuz, bu gün AVRO 2024 macərasına başlayır" ifadələrini işlədib.

Qeyd edək ki, legioner həyatı yaşayan Salih Özcan, Ahmetcan Kaplan və Okay Yokuşlu da çıxış etdikləri klublardan bənzər mesajlar alıblar.