“Real Madrid” “Espanyol”a qarşı
İspaniya La Liqasında 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, lider “Real Madrid” “Santiaqo Bernabeu” stadionunda “Espanyol”la üz-üzə gələcək.
Madrid klubunda Endrik, Rudiger, Trent Aleksander-Arnold, Ferland Mendi zədə, Din Höysen isə cəza səbəbindən matçı buraxmalı olacaq.
“Espanyol”da isə yeganə itki Pere Milanın adı ilə bağlıdır.
Qeyd edək ki, “Real Madrid” – “Espanyol” oyunu bu gün Bakı vaxtı ilə saat 18:15-də başlanacaq.