“Real Madrid” fransalı futbolçuya 5 illik müqavilə təklif edib
"Real Madrid" gələn ilin yayında "Liverpul"un fransalı mərkəz müdafiəçisi İbrahima Konateni azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Sportline.az jurnalist Nikola Şıkiranın məlumatına istinadən xəbər verir ki, "los blankos" 26 yaşlı futbolçuya 6 illik müqavilə təklif edib.
Konate "Real"a transfer olmaq üçün can atır.
Qeyd edək ki, "Liverpul" təcrübəli oyunçunu yanvarda satmaq variantını nəzərdən keçirir.