"Real Madrid" hakimlərindən şikayətçidir

“Real Madrid” La Liqa oyunlarında hakimlərin qəsdən onlara zərər verdiyini iddia edərək ispan hakimlərini FIFA-ya şikayət etməyə hazırlaşır.

Sportline.az xəbər verir ki, mövsümə La Liqada 4 oyun və 4 qələbə ilə başlayan “Real Madrid” sonuncu dəfə səfərdə “Real Sosyedad”ı 2-1 məğlub edib. İspan klubunda Din Höysen 32-ci dəqiqədə VAR araşdırmasından sonra qırmızı vərəqə alıb.

Uzun müddətdir hakimlərdən narazı olan və qərarları “Real Madrid TV” vasitəsilə yayımlayan “Real Madrid” bu məsələyə rəsmi addım atmağı planlaşdırır. “AS” qəzeti klubun yaxınlığına əsaslanaraq, “Real Madrid”in ispan hakimlərini FIFA-ya şikayət edəcəyini iddia edib.