"Real Madrid" İngiltərə klubuna 70 milyon avro ödəməyə hazırdır

"Kristal Pelas"ın ingiltərəli yarımmüdafiəçisi Adam Varton karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Real Madrid" 21 yaşlı futbolçunu transfer etmək niyyətindədir.

Bu haqda "Diario As" nəşri məlumat yayıb.

Qeyd edək ki, "los blankos" bu keçid üçün qarşı tərəfə 70 milyon avro ödəməyə hazırdır.