"Real Madrid" İngiltərə nəhənginin təklifini rədd edib
"Mançester Yunayted" Orelyan Çuameni üçün "Real Madrid"ə 80 milyon avro təklif edib.
Sportline.az xəbər verir ki, "Real Madrid" bu təklifi rədd edib.
Bu haqda "Fichajes" nəşri məlumat yayıb.
Qeyd edək ki, O.Çuameni bu mövsüm 21 rəsmi matçda iştirak edib.