“Real Madrid” Konatedən imtina etdi

Gələn mövsüm üçün transfer çalışmalarını davam etdirən “Real Madrid” müdafiə xətti ilə bağlı gözlənilməz qərar verib. 

Sportline.az xəbər verir ki, uzun müddətdir adı Madrid klubu ilə hallanan “Liverpul”un fransalı müdafiəçisi İbrahima Konatenin transferi rədd edilib.

“The Athletic”in məlumatına görə, “Real Madrid” rəsmi şəkildə “Liverpul” klubuna müraciət edərək Konateni heyətə qatmaq niyyətində olmadıqlarını bildirib.