"Real Madrid" "Mançester Siti"yə elçi düşüb

"Real Madrid" "Mançester Siti"nin yarımmüdafiəçisi Ticcani Reyndersi heyətinə qatmaq niyyətindədir.

Sportline.az xəbər verir ki, bu haqda "El Nacional" nəşri məlumat yayıb.

27 yaşlı niderlandlı futbolçu "los blankos"a transfer olmağa isti yanaşır.

Qeyd edək ki, Reynders ötən ilin yayında "Mançester Siti"yə "Milan"dan transfer olunub.