“Real Madrid” “Mançester Yunayted”in təklifini rədd edib

"Mançester Yunayted" "Real Madrid"in uruqvaylı yarımmüdafiəçisi Federiko Valverdeni heyətə qatmaq niyyətindədir.

Sportline.az "Mirror Football"a istinadən xəbər verir ki, İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçi üçün 80 milyon avro təklif edib.

Lakin "Real Madrid"in rəhbərliyi bu təklifi rədd edib.

Qeyd edək ki, "los blankos" Valverdeni satmaq fikrində deyil.

O, bu mövsüm meydana çıxdığı 23 matçda 2 qol, 4 asistlə yadda qalıb.