“Real Madrid” öz meydanında “Espanyol”u məğlub etməyi bacardı
İspaniya La Liqasında 5-ci turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, lider "Real Madrid" "Santiaqo Bernabeu" stadionunda "Espanyol"la qarşılaşıb.
Görüş Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
"Real Madrid" 2-0 "Espanyol"
Qollar: Eder Militao, 22, Kilian Mbappe, 47
Qeyd edək ki, "Real Madrid" 15 xalla çempionata başçılıq edir.
"Espanyol" 10 xalla 3-cü pillədə qərarlaşıb.