"Real Madrid" Salibanı transfer etməkdə israrlıdır
"Real Madrid" "Arsenal"ın fransalı stopperi Vilyam Salibanı transfer etməkdə israrlıdır.
Sportline.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi 24 yaşlı oyunçunu müdafiənin Cud Bellingemi olaraq görür.
Bu haqda insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Salibanın transfer qiyməti 80 milyon avrodur.