“Real Madrid” ulduzunu satmaq niyyətində deyil

“Real Madrid” brazilyalı ulduz futbolçusu Vinisius Junioru satmaq fikrinə deyil.

Sportline.az insayder Fabrizio Romanonun məlumatına istinadən xəbər verir ki, “Çelsi”nin 25 yaşlı oyunçu üçün təklifi olmayıb.

Madrid klubunun rəhbərliyi Viniyə yeni müqavilə təklif edəcək.

Qeyd edək ki, sözügedən futbolçunun “Real”la hazırki müqaviləsi 2027-ci ilin iyun ayına qədərdir.