"Real Madrid" və "Barselona" transfer yarışına girib

“Real Madrid” klubu müdafiə mövqeyinə futbolçu transfer etmək istəyir.

Sportline.az xəbər verir ki, “Real” “Kristal Pelas” klubunun futbolçusu Makr Gueşini transfer etmək üçün hərəkətə keçib.

Məlumata görə, futbolçunun müqaviləsi mövsümün sonunda yekunlaşır.

İddialara görə, “Barselona” da futbolçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, bundan əvvəl “Arsenal”ın müdafiəçisi Salibanın adı “Real Madrid”lə hallanmışdı.

"Arsenal”ın futbolçu üçün 100 milyon avro transfer haqqı tələb etdiyi irəli sürülüb.