“Real Madrid” və “Liverpul” transfer yarışına girib

"Kristal Pelas"ın ingiltərəli futbolçusu Adam Varton Avropanın nəhəng klublarının transfer hədəfinə çevrilib.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Liverpul" A.Vartonu transfer etməyə çalışır.

21 yaşlı yarımmüdafiəçinin dəyəri 45 milyon avrodur.

Qeyd edək ki, sözü gedən oyunçunun klubla sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.