“Real Madrid” və “Paris Sen-Jermen” transfer yarışına girib
"Arsenal"ın fransalı futbolçusu Vilyam Saliba gələn yay komandasını dəyişə bilər.
Sportline.az "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "Real Madrid" və "Paris Sen-Jermen" 24 yaşlı stopperi heyətinə qatmaq istəyir.
Salibanın dəyəri "Transfermarkt" portalına görə, 80 milyon avrodur.
Qeyd edək ki, Fransa millisinin üzvünün "Arsenal"la sözləşməsi 2027-ci ilin iyun ayına qədərdir.