"Real Madrid" yarımmüdafiəçisini satır

“Real Madrid” Kamavinqanın mümkün satışını dəyərləndirir.

Sportline.az xəbər verir ki, klub zədələrə meyilli olması səbəbindən futbolçunun mümkün ayrılığına açıqdır.

"Defensa Central" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisi Kamavinqanın transfer dəyərini təxminən 100 milyon avro olaraq müəyyənləşdirib.

Klub daxilində onun satışı ehtimalı ciddi şəkildə müzakirə olunur və uyğun təklif olacağı təqdirdə transferə yaşıl işıq yandırıla bilər.