"Real Madrid" yoxsa "Barselona"? - Bernardo Silva seçim etməlidir

Mövsümün sonunda "Mançester Siti"dən ayrılacağı dəqiqləşən Bernardo Silva karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə "Real Madrid" və "Barselona" yaxından maraqlanır.

Bu haqda "Diario As" nəşri məlumat yayıb.

Qeyd edək ki, sözügedən oyunçu 2017-ci ildən "Mançester Siti"də çıxış edir.