“Real Madrid”də ayrılıq yaşana bilər

"Real Madrid"in fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Liverpul" bu keçid üçün 80 milyon avro ödəməyə hazırdır.

Bu haqda "E-Noticies" nəşri məlumat yayıb.

Qeyd edək ki, "Real"ın rəhbərliyi Kamavinqanı satmaq fikrinə isti yanaşmır.

O, bu mövsüm 13 rəsmi matçda iştirak edib. Aktivində 1 qol və 1 məhsuldar ötürmə var.