“Real Madrid”dən 75 milyon avroluq transfer

“Liverpul”un niderlandlı yarımmüdafiəçisi Rayan Qravenberx “Real Madrid”in transfer hədəfinə çevrilib.

Sportline.az “Fichajes” nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 23 yaşlı futbolçu üçün 75 milyon avro ödəməyə hazırdır.

R.Qravenberxin “Liverpul”la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.

Qeyd edək ki, sözü gedən oyunçu bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 5 matçda 2 qol, 2 asistlə yadda qalıb.