"Real Madrid"dən Bellingemə təklif

İspaniya nəhəngi “Real Madrid” yarımmüdafiəçisi Cud Bellingemə ilə yeni və daha sərfəli müqavilə imzalamaq üçün danışıqlara başlamağa hazırlaşır.

Sportline.az  “TeamTalk” nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi İngiltərə millisinin ulduz futbolçusuna həftəlik 400 min funt sterlinqdən çox maaş təklif etməyə hazırdır.

Qeyd olunur ki, klub bu addımla Bellingemin uzunmüddətli gələcəyini təmin etmək və onu komandanın əsas simalarından biri kimi saxlamaq niyyətindədir.

Banner