“Real Madrid”dən İnyesta paylaşımı
“Barselona” və İspaniya millisinin sabiq oyunçusu Andres İnyestanın karyerasını başa vurması ilə bağlı “Real Madrid”in rəsmi “instaqram” hesabı paylaşımı edib.
Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, paylaşımda İnyestanın böyük uğurlar əldə etdiyini və futbol dünyasında önəmli futbolçu olduqunu qeyd ediblər.
“Andres İnyesta peşəkar futbol karyerasını bitirdiyini açıqlayıb. “Real Madrid” prezidenti və futbolçuları adından oyunçuya sevgi və hörmətlərimizi çatdırmaqı özümüzə şərəf bilirik. Andres gələcək həyatında sənə uğurlar arzu edirik”, - deyə “Real” rəhbərliyi bildirib.
Qeyd edək ki, Andres İnyesta karyerasını Ərəbistanın “Emiretys klub” komandasında yekunlaşdırıb.