"Real Madrid"dən PSJ-yə 100 milyonluq avroluq təklif

"Paris Sen-Jermen"də yaranan xaosdan istifadə etməyə çalışan "Real Madrid" Dezire Duyeni heyətinə qatmaq istəyir.

Sportline.az xəbər verir ki, "los blankos" 20 yaşlı sağ cinah vingerinə 100 milyon avroluq təklif göndərib.

Bu haqda "El Nacional" nəşri məlumat yayıb.

Qeyd edək ki, D.Duyenin PSJ-ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.