"Real Madrid"in Konate planı

"Real Madrid" "Liverpul"un fransalı futbolçusu İbrahima Konate gələn ilin yayında azad agent kimi heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, bu haqda insayder Fabritsio Romano öz "X" hesabında paylaşım edib.

26 yaşlı stopperin hazır ki dəyəri "Transfermarkt" portalına görə, 60 milyon avrodur.

Qeyd edək ki, Konate bu mövsüm 4 rəsmi matçda iştirak edib.