"Real Madrid"in matçı bir dəqiqəlik sükutla başlayacaq

İtaliyanın "Atalanta" və İspaniya "Real Madrid"i arasındakı Çempionlar Liqasının ilk 1/8 final matçı bir dəqiqəlik sükutla başlayacaq.

Sportline.az UEFA-nın rəsmi tvitter hesabına istinadən xəbər verir ki, İtaliyadakı qarşılaşmada "Atalanta"nın vəfat edən futbolçusu Villi Ta Bi yad ediləcək.

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 24:00-da başlayacaq. Kot d İvuardan olan Villi Ta Bi ötən gün dünyasını dəyişib.