"Real Madrid"in Qabriel planı
"Arsenal"ın sol cinah vingeri Qabriel Martinelli "Real Madrid"in diqqət mərkəzindədir.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, London klubu brazilyalı futbolçu üçün 100 milyon avro tələb edir.
24 yaşlı oyunçu "Real"da oynamaq üçün can atır.
Qeyd edək ki, Q.Martinelli bu mövsüm çıxış etdiyi 25 oyunda 9 qol, 1 asistlə yadda qalıb.