"Real Madrid"in sabiq futbolçusu "Bayer"ə keçib

"Real Madrid"dən azad agent kimi ayrılan ispaniyalı sağ cinah müdafiəçisi Lukas Vazkez karyerasını "Bayer"də davam etdirəcək.

Sportline.az insayder Fabritsio Romanonun məlumatına istinadən xəbər verir ki, 34 yaşlı təcrübəli futbolçu Leverkuzen klubu ilə 2 illik müqavilə imzalayıb.

Lukas Vazkez 2015-2025-ci illərdə "Real"da çıxış edib.

Qeyd edək ki, transfer bu həftə rəsmləşəcək.