"Real" rəhbərliyi Zidandan narazıdır
Ötən gün İspaniya La Liqasında "Jirona"ya uduzan "Real"da vəziyyət qarışıb. SportLine.az Sport.es saytına istinadən xəbər verir ki, cari mövsümdə əldə olunan nəticələr rəhbərliyi düşünməyə vadar edib.
Müzakirələr ötən həftə "İlin ən yaxşı məşqçisi" adına sahib çıxan Zinəddin Zidanla bağlıdır. Çempionlar Liqasında "Tottenhem"i doğma meydanda məğlub edə bilməyən "kral klubu"nun idarə heyəti, "Jirona" ilə görüşdə məğlubiyyətdən sonra ilk dəfə Z.Zidana narazılığını bildirib.
Rəhbərliyin yaxın günlərdə fransalı mütəxəssislə görüşəcəyi gözlənilir. "Tottenhem"lə Londonda keçiriləcək matçın nəticəsi bu görüşü tezləşdirə bilər.
Qeyd edək ki, cari mövsüm La Liqada 10 oyun keçirən Madrid klubu, 6 qələbə qazandığı halda, 2 dəfə də məğlub olub. 20 xalla 3-cü pillədə qərarlaşan "Real" lider "Barselona"dan 8 xal geridir.