"Real" Rodrinin heyətində görmək istəyir

"Real Madrid"in rəhbərliyi Rodrini transfer etmək üçün hərəkətə keçib.

Sportline.az "Team Talk"a istinadən xəbər verir ki, "Mançester Siti" 29 yaşlı futbolçusunu bu yay satma ehtimalı yüksəkdir.

Rodrinin hazırki dəyəri "Transfermarkt" portalına görə, 75 milyon avrodur.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 13 matçda 1 qolla yadda qalıb.