"Real" səfərdə sevindi, "Barsa" heç-heçə ilə kifayətləndi
İspaniya Kubokunda 1/8 final mərhələsinin ilk görüşləri yekunlaşıb. SportLine.az xəbər verir ki, son oyun günündə daha 4 qarşılaşma keçirilib.
Favoritlərdən "Barselona" "Selta"nın müqavimətini qıra bilməyib. "Real" isə səfərdə "Numansiya"ya aman verməyib.
04 yanvar 2018
İspaniya Kuboku
1/8 final (ilk oyunlar)
“Selta” - “Barselona” 1:1
Qollar: Arnaiz Diaz, 16 (0:1), Pione Sisto, 31 (1:1)
“Leqanes” - “Vilyareal” 1:0
Qol: Amrabat, 49
“Espanyol” - “Levante” 1:2
Qollar: Moreno, 28 (1:0), Morales, 38-pen (1:1), İvi, 74 (1:2)
“Numansiya” - “Real” 0:3
Qollar: Beyl, 35-pen, İsko, 89-pen, Mayoral, 90+1