"Real" - "Sevilya" matçının hakimləri açıqlandı

UEFA Super Kuboku uğrunda görüşün təyinatları açıqlanıb. SportLine.az xəbər verir ki, "Real" (Madrid) və "Sevilya" komandaları arasında keçiriləcək matç Serbiya və Polşadan olan hakimlərə tapşırılıb. 

Oyunda Milorad Majiç fit çalacaq. Ona Milovan Ristiç və Dalibor Curceviç kömək edəcək. Əlavə köməkçi hakim funksiyasını Danilo Qrujiç və Nenad Cokiç icra edəcək.

Qeyd edək ki, Super Kubokun sahibi avqustun 9-da Norveçin Tronheym şəhərində müəyyənləşəcək.

06 avqust 2016
UEFA Super Kuboku

22:45. “Real” (İspaniya) – “Sevilya” (İspaniya)

Baş hakim: Milorad Majiç
Baş hakimin köməkçiləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi hakimlər: Danilo Qrujiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Şimon Marçinyak
Ehtiyat hakim: Tomaş Listkeviç (hər ikisi Polşa)
Tronheym (Norveç). “Lerkendal” stadionu