"Real Sosyedad" - "Real Madrid": Düşərgələrdəki son durum
İspaniya La Liqasında 4-cü turun oyunları davam edir.
Sportline.az xəbər verir ki, çempionluğa iddialı "Real Madrid" bu turu səfərdə "Real Sosyedad"a qarşı keçirəcək.
Madrid klubunda əsas itki Eduardo Kamavinqa, Ferlan Mendi, Cud Bellingem və Endrik adı ilə bağlıdır.
"Sosyedad"da isə Yangel Herrera və Orri Oskarsson baş məşqçi Serxio Fransiskonun sərəncamında olmayacaq.
Qeyd edək ki, "Real Sosyedad" - "Real Madrid" oyunu bu gün saat 18:15-də başlayacaq. Görüşü Xesus Xil Manzano idarə edəcək.