“Real Sosyedad” “Tottenhem”dən 52 milyon avro tələb edir

"Tottenhem" "Real Sosyedad"ın yaponiyalı futbolçusu Takefuso Kubonu transfer etmək niyyətindədir.

Sportline.az "Football İnsider" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubu oyunçusu üçün 52 milyon avro tələb edir.

T.Kubo bu mövsüm bütün turnirlər daxil olmaqla çıxış etdiyi 11 matçda 1 qolla yadda qalıb.

Qeyd edək ki, 24 yaşlı sağ cinah vingerinin "Real Sosyedad"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.