"Real Sosyedad"da yeni müqavilə
"Real Sosyedad" baş məşqçisi Pelleqrino Mataratsonun müqaviləsini yeniləyib.
Sportline.az xəbər verir ki, bu barədə San-Sebastyan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı ABŞ əsilli mütəxəssislə yeni sözləşmə 2027/2028 mövsümünün sonuna qədər nəzərdə tutulub.
Mataratso ötən mövsüm "Real Sosyedad"ın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda İspaniya Kubokunun qalibi olub.
La Liqada San-Sebastyan klubu mövsümü 10-cu pillədə başa vurub.