"Real Sosyedad"dan İngiltərəyə doğru

"Real Sosyedad"ın futbolçusu Ander Barrenetçeya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 24 yaşlı sol cinah vingerini transfer etməyi planlaşdırır.

Bu haqda "Marca" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Barrenetçeyanın dəyəri "Transfermarkt" portalına görə, 18 milyon avrodur.