"Real" və PSJ fransalı stopperin izinə düşüb

"Real Madrid" və PSJ İbrahima Konateni transfer etmək üçün yarışa girib.

Sportline.az xəbər verir ki, bu haqda "Caught Offside" nəşri məlumat yayıb.

26 yaşlı stopperin "Liverpul"la sözləşməsi yayda başa çatacaq.

Qeyd edək ki, İ.Konate cari mövsüm meydana çıxdığı 39 matçda 2 qolla yadda qalıb.