"Real" və "Volfsburq" 1/4 finalın bir addımlığında

UEFA Çempionlar Liqasında bu gün ilk 1/4 finalçıların adları aydınlaşacaq. SportLine.az xəbər verir ki, cavab görüşlərinə iki oyunla start veriləcək.

Səfərdə "Roma"ya iki top fərqi ilə qalib gələn "Real" doğma meydanda üstünlüyünü qorumağa çalışacaq. Hətta minimal hesablı məğlubiyyət də "Kral klubu"nun növbəti mərhələyə yüksəlməsinə kifayət edəcək.

"Gent" səfərindən qələbə ilə dönən "Volfsburq" da 1/4 finalın bir addımlığındadır. 

08 mart 2016
Çempionlar Liqası, 1/8 final (Cavab oyunları)


23:45. "Real" (Madrid) - "Roma"

23:45. "Volfsburq" - "Gent"