"Real"da ayrılıq yaşana bilər

"Real Madrid"in italiyalı baş məşqçisi Karlo Ançelotti klubdan ayrıla bilər.

Sporltine.az "Fichajes" nəşrinə istinadən xəbər verir ki, İspaniya klubunun rəhbərliyi Ançelottinin işindən narazıdır. Təcrübəli mütəxəsis istefaya göndərilə bilər.

İddia edilir ki, prezident Florentino Peres namizədlər siyahısına 3 məşqçi əlavə edib. “Real”, Massimiliano Alleqri, Yurgen Klopp və Yoahim Löv kimi məşqçilərdən birinin kluba gətirilməsini nəzərdən keçirir. Bundan əvvəl, Zinəddin Zidan və Xabi Alonso “Real Madrid” üçün güclü namizədlər kimi qeyd edilmişdi.

Qeyd edək ki, Ançelottinin "Real"la müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub.