"Real"dan öncə biz hərəkətə keçməliyik" - Messi

"Dele Alli yaxşı oyunçudur və "Barselona"ya çox xeyri dəyə bilər". SportLine.az "Don Balon"a istinadən xəbər verir ki, bu sözləri Kataloniya təmsilçisinin lideri Lionle Messi deyib.

Madrid "Real"ın D.Allinin transferinə hazırlaşması xəbərinə münasibət bildirən argantinalı hücumçu, "Real"dan öncə biz hərəkətə keçməliyik. Rəhbərliyin belə məqamlarda tutarlı addımlar atması vacibdir. Bizim heyəti gücləndirməyə ehtiyacımız var və D.Alli heyətdəki bəzi boşluqları doldura bilər", - deyib.

Qeyd edək ki, "kral klubu" yanvar ayında 21 yaşlı futbolçunu "Tottenhem"dən transfer etmək niyyətindədir.