"Real"ın bəxtsizi - Beyl

"Real"ın uelsli futbolçusu Qaret Beyl Madrid klubunda ən çox zədələnən futbolçular sırasındadır. SportLine.az "Marca"ya istinadən xəbər verir ki, uzun müddətdir yaşıl meydanlara həsrət qalan hücumçu La Liqa karyerası ərzində 24 dəfə zədələnib.

"Real"ın son 60 oyunundan 40-ını müxtəlif səbəblərdən buraxan Q.Beyl, əsasən sol ayağındakı əzələ zədəsindən əziyyət çəkir.

2013/14-cü il mövsümündə 15, 2015/16-cı il mövsmündə 19 oyunda komandasına kömək edə bilməyən uelsli, keçən futbol ilində daha 17 oyunu kənardan izləyib.