Rəcəbov finala çıxa bilmədi
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun VI mərhələsi olan "The FTX Crypto Cup"da yarımfinal mərhələsinin cavab görüşləri keçirilib.
Sportline.az xəbər verir ki, 1/4 finalda niderlandlı Aniş Girini mübarizədən kənarlaşdıran təmsilçimiz Teymur Rəcəbov bu mərhələdə Karlsenlə yenidən üz-üzə gəlib Rəcəbov ilk oyun günündə norveçli rəqibi ilə 2:2 hesablı heç-heçə etsə də, ikinci gündə 1:3 hesabı ilə uduzub.
Digər yarımfinal görüşündə isə Uesli So (ABŞ) Yan Nepomnyaşiyə (Rusiya) qalib gəlib - 2:1
Beləliklə, finalda Karlsen So ilə, 3-cü yer uğrunda görüşdə isə Rəcəbov Nemopnyaşi ilə qarşılaşacaq.
29 may
Yarımfinal, cavab görüşləri
Maqnus Karlsen (Norveç) - Teymur Rəcəbov (Azərbaycan) - 3:1
İlk oyun - 2:2
Uesli So (ABŞ) - Yan Nepomnyaşi (Rusiya) - 2:1
İlk oyun - 2,5:1,5