Rəhman Hacıyev niyə kənarlaşdırıldı?

Futbol üzrə milli komanda Antalya toplanışını davam etdirir. Martın 21-dən Türkiyədə hazırlıq keçən seçmənin düşərgəsində daha bir yenilik var. Bu gün yayılan xəbərlərdə Rəhman Hacıyevin heyətdən kənarlaşdığı bildirilir. Buna səbəb kimi, "Neftçi"nin yarımmüdafiəçisinin səhhətindəki problem göstərilir. Xatırladaq ki, ondan əvvəl, İspaniya "Kordoba"sıını üzvü Eddi İsrafilov öz istəyi ilə heyətdən çıxarılmışdı. İsrafilovun bu addımı komandasının Sequndadakı vacib oyunu ilə əlaqələndirilir. Məlumat üçün bir daha bildirək ki, milli Antalyada Qazaxıstan seçməsi ilə yoldaşlıq matçına hazırlaşır. Komandalar martın 26-da üz-üzə gələcəklər.

Banner