Renan Lodi “Əl-Hilal”dan ayrılıb

Geridə qalan mövsümün qış transfer pəncərəsində "Marsel" klubundan "Əl-Hilal"a keçən Renan Lodi Səudiyyə Ərəbistanı təmsilçisi ilə olan müqaviləsini ləğv edib. 

Sportline.az xəbər verir ki, tanınmış futbolçu artıq ölkəni tərk edib.

İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, 27 yaşlı braziliyalı müdafiəçi müqaviləsini qarşılıqlı razılıq əsasında pozub və hazırda klubsuz statusundadır.