Renat Dadaşov fərqləndi, komandası qalib gəldi

Azərbaycan millisinin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt"ın U-19 komandası növbəti oyununa çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Kayzerslautern" kollektivi olub.

Görüş Frankfurt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 5:3.

90 dəqiqə meydanda olan R.Dadaşov 85-ci dəqiqədə fərqlənməklə komandasının qələbəsinə töhfə verib.

Qeyd edək ki, bu qələbədən sonra xallarını 33-ə çatdırıb “Ayntraxt” 9-cu pillədəki mövqeyini qoruyub.