Renat Dadaşovla bağlı qərar verilib

Milli komandamızın hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Vulverhepmton”, ön xətt oyunçusu ilə yollarını ayırıb.

Sportline.az xəbər verir ki, nigeriyalı forvard Brayt Enobokare ilə müqavilə yeniləməyib.

Bildirilir ki, 22 yaşlı hücumçu gözləntiləri qarşılamayıb. Xəbərdə komandanın baş məşqçisi Nunu Eşpiritunun heyətdəki digər hücumçular - Raul Ximenes, Leonardo Kampanya və Renat Dadaşova üstünlük verəcəyi yazılıb.

Azad agent statusu daşıyan Enobakerinin “Birmingen” və ya “Koventri”yə keçəcəyi gözlənilir.

Qeyd edək ki,  Dadaşov “Vulverhempton”un U-23 komandasında çıxış edir. O, hələ ki, əsas heyətlə debüt etməyib.