Renat Dadaşovun transfer qiyməti açıqlandı

“Vulverhempton”a transfer olunan futbolçuların qiyməti açıqlanıb.

Sportline.az “radiotimes”ə istinadən xəbəb verir ki, siyahıda millimizin hücumçusu Renat Dadaşovun da adı var.

Klubun ən bahalı transferi Raul Ximenes sayılır. Premyer Liqa təmsilçisi “Benfika”dan heyətinə qatdığı meksikalı forvard üçün 34 milyon avro ödəyib. İkinci sırada isə yarımmüdafiəçi Pedro Neto yer alıb. Klub “Latsio”dan transfer edilən futbolçu üçün 16 milyon avrodan keçib.

“Vulverhemton”un ucuz qiymətə heyətinə cəlb etdiyi oyunçulardan biri Renat Dadaşovdur. “Canavarlar”ın Portuqaliyanın “Eştoril” klubundan transfer etdiyi yığmamızın üzvünə qarşılıq 450 min avro ödədəyi bildirilir.

Qeyd edək ki, Dadaşov ötən il “Vulverhempton”a keçib. O, hələ ki, əsas heyətdə debüt edə bilməyib.