Renat "Vulverhempton"dan ayrılır

“Vulverhepmton”un azərbaycanlı hücumçusu Renat Dadaşovun “Koventri”yə keçidi reallaşmaq üzrədir.

Sportline.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, millimizin üzvü çox güman ki, mövsüm sonunda komandasını dəyişəcək.

“Koventri”nin baş məşqçisi Mark Robinsin 23 yaşlı futbolçunun xidmətində maraqlı olduğu bildirilir.

Çempionşip təmsilçisinin fanatları da Dadaşovun transferinə razıdırlar. “Koventri” azarkeşıləri üçün keçirilən sorğuda “Renatı komandanızda görmək istəyirsiniz?” sualına onların 68 faizi “hə” cavabını verib.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda "Vulverhempton"la 4 illik müqaviləyə imza atıb.