Renato Sançesin yeni klubu bilinib

Renatu Sançes karyerasını Yunanıstanda davam etdirəcək.

Sportline.az xəbər verir ki, Fransa təmsilçisi PSJ portuqaliyalı yarımmüdafiəçi Renatu Sançesi “Panatinaikos” klubuna icarəyə verib.

28 yaşlı futbolçu 2025/2026 mövsümündə Yunanıstan təmsilçisinin formasını geyinəcək.

Qeyd: Sançes geridə qalan 2024/2025 mövsümündə icarə əsasında Portuqaliyanın “Benfika” klubunda çıxış edib.