Rəqib heyəti açıqladı
2018-ci il Dünya çempionatının təsnifat mərhələsindəki rəqibimiz San-Marino seçməsi, növbəti oyunlar üçün heyəti açıqlayıb. Sportline.az xəbər verir ki, gələn ay, Şimali İrlandiya və Azərbaycanla qarşılaşmalar üçün milliyə 21 futbolçu dəvət edilib.
Qapıçılar: Mattia Manzaroli (“Yuvenes”), Qyakomo Murakkini (“Domaqnano”)
Müdafiəçilər: Marko Berardi, Kristian Brolli (hər ikisi “Folqore”), Covanni Bonini (“Libertas”), Davide Sezarini (“Tre Penne”), Miçele Sevoli, Andrea Qrandoni (hər ikisi “Yuvenes”), Fabio Vitayoli (“Libertas”)
Yarımmüdafiəçilər: Maykol Berretti (“Libertas”), Pyetro Kalzolari, Luka Kensoni (hər ikisi “Tre Penne”), Luka Sessaroli, Alessandro Qolinuççi (hər ikisi “Domaqnano”), Miçele Servellini, Andrea Zavoli (hər ikisi “Libertas”), Adolfo Xose Hirş, Tommaso Zafferani (hər ikisi “La Fiorita”)
Hücumçular: Marko Bernardi (“Fiorentino”), Danilo Rinaldi, Mattia Stefanelli (hər ikisi “La Fiorita”)
Qeyd edək ki, San-Marino sentybarın 1-də Şimali İrlandiya ilə öz meydanında, 4-də isə millimizlə Bakıda qarşılaşacaq.