Rəşad Əzizli üçün yeni müqavilə

"Keşlə"də çıxış edən daha bir oyunçunun teleyinə aydınlıq gəlib. 

Sportline.az "Report"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi qapıçısı Rəşad Əzizli ilə yeni müqavilə imzalayıb. 

26 yaşlı qolkiper daha bir il "Keşlə"də çıxış edəcək. 

Qeyd edək ki, "Keşlə" daha öncə Tural Axundov və Şəhriyar Əliyevi heyətinə qatıb. Vüsal İsgəndərli, Tərlan Quliyev, Azər Salahlı, Ruslan Əmircanov, Miyuşko Boyoviçin müqaviləsi yenilənib.