Rəşad Sadıqov Avroliqanın rəmzi komandasında
Avropa Liqasında 4-cü turun rəmzi komandası müəyyənləşib. SportLine.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu dəfəki heyətdə "Qarabağ"ın kapitanı Rəşad Sadıqovun da adı var:
Qapıçı: Ralf Fermann ("Şalke")
Müdafiəçilər: van Deyk ("Sauthempton"), Rəşad Sadıqov ("Qarabağ"), Numan Çürüksu ("Osmanlıspor")
Yarımmüdafiəçilər: Xvan Xi Çxan ("Zalsburq"), Juliano ("Zenit"), Stançu ("Anderlext"), Tayson ("Şaxtyor" Donetsk)
Hücumçular: Edin Dzeko ("Roma"), Aris Aduris ("Atletik" Bilbao), Mussa Sou ("Fənərbaxça")